Almaniyadakı erməni səfir də quldur çıxdı

09 Yanvar, 2019 10:55 | Siyasət | Baxış sayı: 77
Almaniya polisi
Almaniya polisi

Onun mafioz qruplaşmalarla əlaqəsi olduğu ehtimal edilir

Almaniyadakı erməni səfiri Ermənistanın mafioz qruplaşmaları ilə əlaqədə şübhəli bilinir. Ermənistan mafiyası ilə bağlı hökumtədən verilən sorğuda bu barədə məlumat yer alıb. Qeyd edilib ki, alman polisi Ermənistandan olanlara xüsusi diqqət ayırıb. Hətta xüsusi istintaq qrupu yaradılıb. Bu qrup son illərdə əhəmiyyətli dərəcədə artan ermənilərin iştirakı ilə olan  kriminal hadisələri araşdırır. 

Jurnalistlər polisinin federal idarəsinin qapalı hesabatından xəbər tuta biliblər. Burada qeyd edilir ki, erməni masfiyası dövlət üçün ciddi təhlükədir. Hətta Ermənistanın Almaniyadakı səfirinin də mafioz qruplaşmalarla ehtimal edilən əlaqələrindən danışır. Bununla bağlı alman polisi Ermənistanın ölkələrindəki səfriliyi ilə əməkdaşlıqdan imtina edib.

Bundan başqa alman jurnalistlər öyrəniblər ki, kəşfiyyatın əlində səfir Aşot Smbaytanın da “qanuni oğru” olduğundan şübhələnməsi üçün əsaslar var.

Alman ictimai kanalının nümayəndələri 2019-cu ildə bu məsələ ilə bağlı dəqiq araşdırma aparacaqlarını bildiriblər.