Serj Sarkisyan ağır vəziyyətdə xəstəxanaya aparıldı

09 Yanvar, 2018 12:44 | Siyasət | Baxış sayı: 804
Serj Sarkisyan - Ermənistan keçmiş prezidenti, yeni baş naziri
Serj Sarkisyan - Ermənistan keçmiş prezidenti, yeni baş naziri

Ermənistan prezidentinin administrasiyası xəstəliyin yüngül olduğunu iddia edir

Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan prezident Serj Sarkisyanın xəstəxanaya yerləşdirilməsi barədə xəbəri şərh edib.

İstiPress-in məlumatına görə, Akopyan “İnterfaks”a bildirib ki, Serj Sarkisyanın vəziyyətinin ağırlaşması səbəbindən Yeni il bayramında xəstəxanaya yerləşdirilməsi barədə KİV-lərin yazdığı xəbər doğru deyil.

“Bu məlumat həqiqətə uyğun deyil. Prezidentə sadəcə yüngül soyuq dəyib. Buna görə, bayram günlərini evdə keçirib”,- deyə Akopyan bildirib.

Lakin “gazeta.ru”nun məlumatına görə, bu gün yanvarın 9-da “Jamanak” qəzeti yazıb ki, Sarkisyan xəstəxanaya yerləşdirildiyindən İsanın mövludu ilə bağlı kilsə mərasimlərinə qatıla bilməyib.