Gürcülər Azərbaycan adlarını dəyişir

09 Yanvar, 2018 12:00 | Siyasət | Baxış sayı: 191
Gürcüstanı Azərbaycandan aslı salan nədir?
Gürcüstanı Azərbaycandan aslı salan nədir?

Avropadan etiraf

Gürcüstan hakimiyyəti məqsədyönlü şəkildə türk toponimlərini, Azərbaycan adlarını özününküləşdirir. Bu cür siyasət son 70 ildə davam edir. Bu barədə Gürcüstanda yerləşən İnsan hüququları üzrə Qafqaz monitorinq mərkəzinin eksperti Elbrus Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, milli azlıqların məsələləri üzrə Avropa mərkəzində 2017-ci ilin dekabr ayaında Maria Diyeqo Qordonun müəllifi olduğu sənəd dərc edilib (Nomen Est Omen? Naming and Renaming of Places in Minority Inhabited Areas in Georgia).

Hesabatda qeyd edilib ki, dəyişikliyə əsasən türk mənşəli adlar məruz qalır. Bu siyasət heç cürə başqa milli azlıqlara aid edilmir. Ekspert hesab edir ki, bu fəaliyyət Gürcüstanın Azərbaycan icmasına qarşı yönəlib. 

"Məsələn, 2010-cu ildə bəzi məmurlar öz maraqları üçün asanlıqla 19 kəndin adının dəyişdirilməsinə faktiki olaraq razılıq verdilər. İctimai təşkilatların fəallığı sayaəsində bunun qarşısını almaq mümkün oldu.  Bununla yanaşı hər hansı erməni kəndinin adının dəyişdirilməsi ilə bağlı heç bir məlumat yoxdur". 

O, qeyd edib ki, Bolnisi rayonunda 1990-1991-ci illərdə Abdallı kəndinin adı Çavşaniani, Arıxlının adı Nadixuri, Qoçulu isə Çapali kimi dəyişdirilib.