Ermənilər özlərini necə aldadırlar?

09 Yanvar, 2018 09:56 | Siyasət | Baxış sayı: 82
Irəvan - İcevan yolunu kəsən Tavuş sakinləri
Irəvan - İcevan yolunu kəsən Tavuş sakinləri

Ermənilərin Yeni il arzusu ürəklərində qaldı

29 erməni ailəsi, onlarla insan yeni ili Misir kurortlarında qeyd etməyi arzulayıblar. Amma arzuları ürəklərində qalıb. Onlar İrəvan hava limanından bir addım belə kənara belə çıxa bilməyiblər. Çünki turizm agentliyindən aldıqları biletləri saxta çıxıb.

Aldadılan ermənilər başıalovlu şəkildə dərhal polisə üz tutublar. Amma bəlli olub ki, turizm agentliyinin özü də dələduz qurbanı olub. Hansısa üçüncü bir tərəf onları aldadıb və çarter reysinə saxta biletləri verib. Sonra isə yoxa çıxıb.

Yalan, saxtakarlıq, dələduzluq, quldurluq – artıq Ermənistanda adət əənənə olub.