Ermənidən etiraf: "Keçmişdə ilişib qalmışıq"

09 Yanvar, 2018 12:11 | Siyasət | Baxış sayı: 166
Vardan Arutunyan
Vardan Arutunyan

Ermənilərin "partiotizmi"

"Biz ermənilər – keçmişdə ilişib qalan xalqıq. Yenə qonşular düşmən, biz başqasının forpostu elan edildik və xaricdən xilas yolları axtarışı başladı. Yenə də öz dövlətimizə hörmət etmirik, bacarıqsız idarəetməyə qarşı səbr nümayiş etdiririk. Bizi növbəti məğlubiyyət gözləyir”.  Bu cümlələr məşhur erməni hüquq müdafiəşisi Vardan Arutinyana məxsuduur. Arutunyan bu sözləri hələ 2006-cı ildə yazıb. O vaxtdan 12 il keçib. Amma dəyişən heç nə yoxdur.

Müəllif yazır ki, ermənilər 21-ci əsrə öz nifrətlərini, "partiotluqlarını" gətirib. Amma bu partiotizm anlayışı ilə antitürklük bir-biri ilə ziddiyət təşkil edir.

"Soyqırımı bizim vizit kartımız olub. Biz XXI əsrdə keçmişin xatirələrindən xilas olub, onunla hesablaşmanı bitirə bilmirik. O, ağır yük kimi qalır. Yuxarı qalxmağımız üçün pilləkan olmaq əvəzinə bu yük bizi daha da aşağı çəkir".