Avropadan erməni partiyasına yox deyildi

09 Yanvar, 2018 14:03 | Siyasət | Baxış sayı: 118
Avropa Xalq Partiyasının bayrağı
Avropa Xalq Partiyasının bayrağı

Avropa Xalq Partiyası üçüncü dəfə Ermənistanın “Erməni dirçəlişi” partiyasına imtina cavabı verib.

İstiPress-in məlumatına görə, bu barədə rəhbəri Artur Baqdasaryan olan partiyanın yaydığı müraciətdə bildirilir. "Jamanak" qazetinin yazdığına görə, “Erməni dirçəlişi” partiyası Avropa Xalq Partiyasına müraciət edərək onu öz sıralarına qəbul etməyi xahiş edir.

Avropa Xalq Partiyası (AXP) əsası 1976-cı ildə qoyulmuş sağ mərkəzçi Ümumavropa partiyasıdır, özündə Avropa ölkələrinin xristian-demokrat və mühafizəkar partiyalarını birləşdirir. AXP sədri Cozef Dol tərəfindən “Erməni dirçəlişi”inə göndərilmiş məktubda bildirilir ki, AXP “Erməni dirçəlişi”ni öz ölkəsinində yetərincə fəal saymır və buna görə də “Erməni dirçəlişi”ni bu Avropa strukturuna layiq görmür.