Alman siyasətçi: Ermənistan Qarabağda böyük güzəştlərə hazırlaşmalıdır

09 Yanvar, 2018 19:39 | Siyasət | Baxış sayı: 449
Ermənistan ordusu işğal edilmiş Azərbaycan torpaqlarında
Ermənistan ordusu işğal edilmiş Azərbaycan torpaqlarında

“Ermənilərin Rusiyaya düşmənçiliyi uzun müddətli ədavətə çevrilir”

Ermənilər Azərbaycanla siyasi münaqişəni həllə etmək üçün böyük güzəştlərə hazır olmalıdırlar.

İstiPress-in məlumatına görə, bu barədə Moskvada dərc olunan "Vestnik Kavkaza" portalının əməkdaşı ilə söhbətində berlinli politoloq Heiko Lanqner bildirib.

“BMT-nin dəqiq qərarlarının olmasına baxmayaraq, hələ ki, Ermənistan beynəlxalq hüququ pozaraq Azərbaycan ərazilərinin hərbi işğalını davam etdirir, buna görə də onunla dinc qonşuluq münasibətləri və iqtisadi ticarət mümkün deyil”,- deyə  Heiko Lanqner vurğulayıb.

Heiko Lanqner - berlinli politoloq
Heiko Lanqner - berlinli politoloq

O, Ermənistanda Rusiyaya düşmənçilik əhvalının artdığını da xatırladıb və buna səbəb kimi Ermənistanın Avrasiya İttifaqına qoşulmasından sonra əhalinin vəziyyətinin düzəlməməsini göstərib: “Sorğu nəticələri bu meylin uzunmüddətli olacağını ortaya çıxarır”.   

Onun sözlərinə görə, Rusiya ilə sıx iqtisadi əlaqələr Moskvanın üzləşdiyi problemlərin Ermənistana da təsir göstərməsinə səbəb olur: “Ermənistan iqtisadiyyatı həm sektoral baxımdan, həm də xarici iqtisadi baxımdan yetərincə şaxələndirilməyib”,- deyə Heiko Lanqner vurğulayıb.

Alman politoloq bildirib ki. Dağlıq Qarabağ münaqişəsi həll olunmayana kimi bu məsələ həll edilməyəcək - Ermənistan ildən ilə iqtisadi imkanlarını itirəcək və əhali bu ölkəni tərk etməkdə davam edəcək.