Üçüncü dünya müharibəsi olacaq?

09 Yanvar, 2017 11:35 | Siyasət | Baxış sayı: 128
Savaşa gedən əsgərlər
Savaşa gedən əsgərlər

Qərb ölkələri tikan üstə

Dünya 3-cü dünya müharibəsinə şahidlik edə bilər. Qərb ölkələrinin sakinləri belə düşünürlər. İstiPress-in məlumatına görə, sosial araşdırmalar aparan "YouGov" maraqlı bir sorğu keçirib. 

"The Independent"in məlumatına görə, sosioloqlar 9 qərb ölkəsindən minlərlə insanın rəyini soruşublar. Siyahıda ABŞ-la yanaşı, Böyük Britaniya və Fransa da var.

ABŞ-da respondetlərin 64 faizi hesab edir ki, üçüncü dünya müharibəsi qaçılmazdır. Problemlərin sülh yolu ilə həllinə amerikalıların 15 faizi inanır. 

Britaniyada qlobal müharibəyə inananlar 61 faiz təşkil edir. İngilislərin ancaq 19 faizi gələcəyə optimist baxır. 

"Gələcəklə bağlı ən çox qorxu amerikalılar və fransızlar arasındadır"- deyə siyasi və ictimai araşdırmalar mərkəzi "YouGov"un direktoru Entoni Uels deyib. O, hesab edir ki, bu qorxuların səbəbləri müxtəlifdir. Məsələn, amerikalıların qorxusu Donald Trampın prezident seçilməsindəki qeyri-müəyyənliklə bağlıdır.

Fransızlar isə daha çox yeni terror təhlükəsinə görə narahatdırlar. Onların 81 faizi düşünür ki, yaxın zamanda ölkədə yeni terror aktları baş verəək.

Bundan əlavə britaniyalıların 71, amerikalıların 59 faizi Rusiya tərəfdən müharibə təhlükəsi hiss edirlər.