Rusiyanın Yunanıstandakı konsulu mənzilində ölü aşkarlanıb

09 Yanvar, 2017 23:12 | Siyasət | Baxış sayı: 30
Rusiyanın Yunanıstandakı konsulu vəfat edib
Rusiyanın Yunanıstandakı konsulu vəfat edib

Konsul Andrey Malanin qəfil keçinib

İstiPress-in TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiyanın Yunanıstanın paytaxtı Afinadakı konsulu Andrey Malanin vəfat edib.

Yunanıstan KİV-inin yaydığı məlumata görə, 55 yaşlı konsul səhər saatlarında işə gəlməyib, hətta telefon zənglərinə də cavab verməyib. Bundan sonra onun meyiti Afinadakı mənzilində aşkarlanıb. Mənzilin qapısı içəridən açarla bağlı imiş.

Rusiyanın Yunanıstandakı səfirliyi də konsulun ölümünü təsdiqləyib. Hazırda onun ölüm səbəbləri araşdırılır.