Mərhum səfirin adı əbədiləşdirildi

09 Yanvar, 2017 22:22 | Siyasət | Baxış sayı: 35
Küçəyə Andrey Karlovun adı verilib
Küçəyə Andrey Karlovun adı verilib

Türkiyədə "Andrey Karlov küçəsi"...

Türkiyənin paytaxtı Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçəyə silahlı hücum zamanı həyatını itirmiş Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun adı verilib.

İstiPress-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, qərar yekdilliklə Ankara şəhər bələdiyyəsinin yığıncağında qəbul edilib.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.