"Boko Haram" hərbi bazaya hücum etdi, ölənlər var

09 Yanvar, 2017 05:28 | Siyasət | Baxış sayı: 17
"Boko Haram" hərbi bazaya hücum etdi, ölənlər var
"Boko Haram" hərbi bazaya hücum etdi, ölənlər var

Silahlı qruplaşma hələ də ölkənin şimalında islam dövlətinin yaradılmasında israrlıdır

Nigeriyanın şimal-şərqində “Boko Haram” terror qruplaşmasının silahlıları hərbi bazaya hücum edib.

İstiPress-in TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Yobe ştatında, Buni Yadi yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb.

Baş verən qarşıdurmada 5 Nigeriya ordusunun hərbçisi və 15 terrorçu ölüb.

Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. Terrorçular mütəmadi olaraq Niger, Kamerun və Çad ərazilərinə hücum edir. Ötən il "Boko Haram" qruplaşması İŞİD-ə sədaqət andı içib.