Apreldən Ermənistan krallığa çevriləcək

09 Yanvar, 2017 12:10 | Siyasət | Baxış sayı: 274
Serj Sarkisyan
Serj Sarkisyan

Ermənistan hökuməti ölkədə parlamentli idarə formasına keçəcək

Ermənistan hökuməti ölkədə parlamentli idarə formasına keçəcək. Dekabrın 29 - da Ermənistan prezidenti Serj Sarkisyan ölkədə parlament seçkilərinin 2017-ci il aprelin 2-də keçirilməsinə dair fərman imzalayıb. İstiPress “Armenia – news.ru” saytına istinadən  xəbər verir ki, Serj Sarkisyan çıxışında bildirib ki, o öz namizədliyini baş nazir postuna verəcək. Prezident bildirib ki, bunun üçün rəhbərlik etdiyi partiyası seçkilərdə yüksək sayda səs toplamalıdır.

Qeyd etmək lazımdır ki, 2014 – cü ildə Sarkisyan hökumət başçısı vəzifəsinə namizədliyini irəli sürmək fikrində deyildi. Ermənistan qanunlarına görə bir nəfər iki dəfədən artıq hakimiyyət rəhbərliyi vəzifəsində seçilə bilməz.