ABŞ Türkiyəyə qarşı sanksiya tətbiq edir

09 Yanvar, 2017 21:05 | Siyasət | Baxış sayı: 191
ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti

Sanksiyalara bir erməni şirkəti də məruz qala bilər

ABŞ-ın Ticarət Nazirliyi, İranla əlaqələrinə görə, 2 türk şirkətinə və 3 fiziki şəxsinə qarşı sanksiya tətbiq edəcək.

İstiPress-in “Tass”a istinadən verdiyi xəbərə görə, hakimiyyətə yaxın olan mənbənin məlumatında, Murad Taşkıran və onun “Kompozit Kimya” şirkətinin amerikanın “qara siyahısı”na düşdüyü bildirilir. Buna səbəb onların ABŞ qanunlarının əksinə olaraq İrana “amerika mənşəli yüksək keyfiyyətli karbon fiber” satması olub.

Bundan başqa, Rəşid Tavan, Fulya Kalafatoğlu Oğuztürk və “Ramor qrup”şirkəti İrana, hərçilərin istifadəsi üçün nəzərdə tutulmuş amerika məhsulları satdığı üçün sanksiyaya məruz qalıb.

Bundan sonra adıçəkilən şirkətlərə və şəxslərə ixrac lisenziyasının verilməsində ABŞ “rədd prezumpsiyasından” istifadə edəcək.

Sanksiyalara məruz qalacaq digər şirkət isə, “Veteran Avia” hava yolu şirkətidir. Hazırda onun mərkəzi ofisinin Hindistanda yerləşdiyi deyilsə də, 2014-cü ildə şirkətin Ermənistana məxsus olduğu, onun Böyük Britaniya, Hindistan, BƏƏ və Pakistanda ofislərinin olduğu deyilirdi.