ABŞ Şimali Koreya raketlərini vuracaq, əgər...

09 Yanvar, 2017 00:53 | Siyasət | Baxış sayı: 42
ABŞ Şimali Koreya raketlərini vura bilər
ABŞ Şimali Koreya raketlərini vura bilər

ABŞ müdafiə naziri bəyanat yaydı

ABŞ qoşunları, Amerika üçün və ya onun müttəfiqləri üçün təhlükə yaradacağı təqdirdə Şimali Koreyanın buraxdığı raketləri vuracaq.

İstiPress-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin müdafiə naziri Eşton Karter açıqlama verib.

Onun sözlərinə görə, "Şimali Koreyanın nüvə proqramı və ballistik raketləri ABŞ-a təhlükədir". O, Amerikanın Asiyadakı hərbi düşərgələrinə işarə edərək, lazım gəldikdə Koreya yarımadasını qoruyacaqlarını da vurğulayıb.