Müdafiə Nazirliyi şəhid hərbi qulluqçuların adlarını açıqladı - TAM SİYAHI

08 Dekabr, 2020 17:44 | Siyasət | Baxış sayı: 211
Şəhid
Şəhid

Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların adlarını açıqlayıb.

İstiPress-in məlumatına görə, nazirlik adlı siyahını yayıb.

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Vətən müharibəsində 2783 nəfər şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, bu günədək 2723 şəhidimiz dəfn edilmişdir.

Dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir.

Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!", nazirlikdən bildirilib.

Şəhidlərin tam siyahısı aşağıdakı linkdədir:

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı