BMT-dən Krımla bağlı - QƏRAR

08 Dekabr, 2020 12:29 | Siyasət | Baxış sayı: 119
Rusiya xüsusi təyinatlıları Krımda
Rusiya xüsusi təyinatlıları Krımda

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası, Rusiyanı hərbi qüvvələrini Krımdan ən qısa müddətdə çıxarmağa və Ukrayna ərazisindəki müvəqqəti işğalına dərhal son qoymağa çağıran bir qərar qəbul edib.

İstiPress-in məlumatına görə, Krımın və Sevastopol şəhərinin Rusiya tərəfindən işğalını pisləyən qərarda işğalın tanınmadığı, Krımın zorla ələ keçirilməsinin qanunsuz və beynəlxalq hüquqa zidd olduğu ifadə edilib.

Tövsiyyə xarakteri daşıyan qərar 63 lehinə, 17 əleyhinə, 62 bitərəf səs toplayıb.