Azərbaycanın yeni general-polkovniki - SƏRƏNCAM

08 Dekabr, 2020 09:57 | Siyasət | Baxış sayı: 128
Prezident sənəd imzaladı
Prezident sənəd imzaladı

Prezident İlham Əliyev Orxan Sedyar oğlu Sultanova general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. 

İstiPress-in məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova general-polkovnik ali hərbi rütbəsi verilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, Orxan Sultanov general-leytenant ali hərbi rütbəsini ötən ilin martında almışdı.

Orxan Sultanov
Orxan Sultanov