Azərbaycan XİN Ukraynaya başsağlığı verdi

08 Dekabr, 2019 15:34 | Siyasət | Baxış sayı: 120
Azərbaycan XİN
Azərbaycan XİN

"Yaralananların tezliklə sağalmasını diləyirik”

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın Odessa şəhərindəki kollecdə baş verən güclü yanğın zamanı dünyasını dəyişənlərin ailələrinə başsağlığı verib. 

İstiPress-in məlumatına görə, bu barədə nazirliyin Tvitter səhifəsində yazılıb. 

“Dekabrın 5-də Odessa şəhər kollecində baş verən yanğınla əlaqədar Ukraynada milli matəm günü elan olunub. Biz yanğında həyatını itirənlərin ailələrinə və Ukrayna xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”, - deyə paylaşımda qeyd edilib.