"Sarı jiletli"lər Parisi bürüdü FOTOLAR

08 Dekabr, 2018 13:03 | Siyasət | Baxış sayı: 89
Paris
Paris

Fransa 89 min polis nümayişçilərlə mübarizəyə cəlb edilib, muzeylər, mağazalar bağlanıb

Fransanın paytaxtı Paris şəhərində "sarı jiletlilər"in bu günə planlaşdırlan mitinqi başlayıb. İstiPress-in məlumatına görə, aksiyadan öncə 228-dən çox etirazçı saxlanılıb. Yüzlərlə etirazçı isə Zəfər Tağı ətrafında toplaşmaağa başlayıb. 

Bu gün Fransa ilə yanaşı Hollandiya və Belçikada da etiraz aksiyalarının keçiriləcəyi gözlənilir.

Aksiyadan öncə Fransada təhlükəsizlik tədbirləri ən yüksək həddə çatdırılıb. Bu işə 89 minə yaxın polis cəlb edilib. Ancaq Parisdə 8 min polislə yanaşı onlarla zirehli maşın olacaq. 

Bu dəfə də etirazçıların noyabrda olduğu kimi mağazalara hücum, yağmalanma hadisələrinin yaşanacağından ehtiyat edilir. Bunun üçün də polis Şanzelize Bulvarındakı mağaza sahiblərinə bu gün işə çıxmamaq barədə xəbərdarlıq edib. Bununla yanaşı paytaxtdakı muzeylər, o cümlədən Eyfel qülləsi də bu gün fəaliyyət göstərməyəcək. 

Xatırlıdaq ki, Fransada aksiyalar hələ ötən aydan başlayıblar. Buna səbəb isə yanacağın qiymətindəki artım olub.