Fransadakı gərginlik Belçikaya da sıçradı

08 Dekabr, 2018 15:45 | Siyasət | Baxış sayı: 101
Belçikada aksiya
Belçikada aksiya

"Sarı jiletlilər" küçələri bağladılar, yürüşə başladılar

Fransadan sonra bu gün Belkiçkada da "sarı jiletlər" küçələrə çıxıblar. Etirazçılar Avropa Birliyinin Brüsseldəki qurumlarına yürüşə başlayıblar.

İqtisadi problemlərə görə küçələrə çıxan insanlar Fransaya gedən yolu bağlayıblar. Aksiyalar nəticəsində 50-yə yaxın adam saxlanılıb.

Brüssel polisi şəhərin mərkəzində AB Komissyası, Şurası olan küçələrdə təhlükəsizlik tədbirlərini gücləndirib. Bu binaların yaxınlığındakı küçələr tikanlı məftillərlə bağlanıb.

Fransa da isə saxlanılanların sayı 400-ü keçib. Bu gün paytaxt Parisdə həyat demək olar ki, iflic olub. 

Küçələrə çıxan etirazçılar yanacağın qiymətinin artmasına, eləcə də ölkədəki pisləşən sosil şəraitə etiraz edirlər. Bu son illərəd ölkədə olan ən böyük etiraz aksiyası hesab edilir.