Bu da Merkeli əvəz edəcək qadın

08 Dekabr, 2018 10:05 | Siyasət | Baxış sayı: 80
Anneqret Kramp-Karrenbauer və Angela Merkel
Anneqret Kramp-Karrenbauer və Angela Merkel

Anneqret Kramp-Karrenbauer Almaniyanın yeni kansleri olacaq

Anneqret Kramp-Karrenbauer Angelə Merkelin yerinə -  Almaniyada iqtidardakı Xristian Demokratik Birlik Partiyasının sədri seçilib.  Kramp-Karrenbauer ilk turda 999 etibarlı səsdən 450 səs toplayıb. İkinci turda isə  517 səs alan Kramp-Karrenbauer rəqiblərini üstələyib. 

Beləliklə, Merkelin vəzifəsi bitdikdən sonra Kramp-Karrenbauerin yeni kansler olacağı da dəqiqləşib.

Qeyd edək ki, 18 ildir sədr postunda olan Merkel seçkilərdə iştirak etməyəcəyini və səlahiyyət müddəti başa çatana qədər kansler vəzifəsində qalacağını açıqlamışdı.

56 yaşlı Kramp-Karrenbauer bundan öncə 1999-2018-ci illər arasında Saarland əyalətində daxili işlər, təhsil, əmək, ədliyyə və baş nazir vəzifələrini icra edib.