Azərbaycanın bir sıra ölkələrdə səfirləri dəyişdirildi

08 Dekabr, 2017 18:34 | Siyasət | Baxış sayı: 191
Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Bəzi səfirlər geri çağrılıb, bəziləri təyin olunub

Prezident İlham Əliyev Kamil Tacid oğlu Xasiyevin Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Eyni zamanda, Həsən Dilsuz oğlu Məmmədzadə Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Abbasəli Kərəm oğlu Həsənov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Fəxrəddin İsa oğlu Qurbanov Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bundan başqa, prezidentin sərəncamı ilə Nazlı Abdulla Məhəmməd Azərbaycan Respublikasının Cibuti Respublikasında fəxri konsulu təyin olunub.