Prezidentdən Bayraq günü paylaşımı VİDEO

08 Noyabr, 2019 09:57 | Siyasət | Baxış sayı: 136
Prezident İlham Əliyevin andiçmə mərasimi
Prezident İlham Əliyevin andiçmə mərasimi

“Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir!”

Prezident İlham Əliyev  rəsmi "Facebook" səhifəsində 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə videoçarx paylaşıb.

Videoçarx “Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir!” başlığı ilə təqdim olunub.

Dövlət Bayrağı Günü - Azərbaycan Respublikasının rəsmi dövlət bayramıdır. 2009-cu ildən etibarən noyabr ayının 9-da qeyd olunur. Qeyd olunma tarixi isə 1918-ci ilin 9 noyabrında AXC tərəfindən Azərbaycan bayrağının dövlət bayrağı kimi qəbul edilməsi əsasında təyin edilib.