Dövlət Departamenti: Bakı Vaşinqtonun strateji tərəfdaşıdır

08 Noyabr, 2019 10:55 | Siyasət | Baxış sayı: 20
Görüş
Görüş

ABŞ Dövlət Departametinin Qafqaz işləri və regional münaqişələr idarəsinin rəhbəri Şeril Fernandes Vaşinqtonun Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazır olduğunu deyib.

O, bu fikirləri Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı ilə görüşdə səsləndirib. “Ş.Fernandes görüşdə bildirib ki, Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır”.  

O, həmçinin vurğulayıb ki, Vaşinqton Azərbaycandakı iqtisadi islahatları və bir çox sahələr üzrə əməkdaşlıq imkanlarının mövcudluğunu müsbət qiymətləndirir.

2018-ci ilin yekunları üzrə Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin həcmi $860 mln. təşkil edib, bunun $530 mln.-u ABŞ-a ixracın, $330 mln.-u Azərbaycana idxalın payına düşür. ABŞ tərəfindən Azərbaycana birbaşa investisiya qoyuluşları $13,6 mlrd., Azərbaycanın ABŞ-a portfel investisiyalarının həcmi $8,2 mlrd. məbləğində olub.*