Tramp Qorbaçovun taleyini təkrarlaya bilər

08 Noyabr, 2018 09:46 | Siyasət | Baxış sayı: 65
Mixail Qorbaçov
Mixail Qorbaçov

ABŞ prezidentinin yürütdüyü siyasət supergücün hegomonluğuna son qoyacaq?

ABŞ prezidenti Donald Tramp  Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi, SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun taleyini təkrarlaya bilər.  İstiPress-in məlumatına görə, bunu "Asia Times"in şərhçisi Raca Merfi yazıb. Onun sözlərinə görə, ABŞ prezidentinin iqtisadi uğurları supergücün düşüşünə gətirib çıxara bilər. 

O, bildirib ki, Trampın yürütdüyü iqtisadi siyasət ölkənin dünya liderliyini əlindən verməsinə doğru aparır. Başqa ölkələrə elə şərtlər qoyur ki, onlardan asanlıqla imtina etmək olar. 

"Ola bilsin ki, bu, Tramp ABŞ-a iqtisadi böhrandan çıxmağa, dövlət borclarını bağlamağa imkan versin. Amma bu Amerika hegemonluğunun "ölümüdür"". 

Şərhçi Roma imperatoru Mark Avreliyadan da nümunə gətirib. "Ömür boyu sizinlə qalacaq zənginlik paylaşdığınız sərvətdir. Amma tamahkarlıq Roma imperiyasının sonunu gətirdi. Bənzər tale ABŞ-ı da gözləyir. Onun üzərində artıq "Qorbaçov ruhu" uçur". 

Onun sözlərinə görə, özünə hörmət edən ölkələrin liderləri ABŞ riyakarlığına qarşı daha az səbrsiz olacaqlar. "Bizim eramızın son imperiyasının sonu yaxındır. Amma özü də bilmədən Ağ evdə Qorbaçov-2 olan adama bənzər yanaşma bərabər və  ədalətli dünya qurmağa imkan verəcək".