Prezidentlə sözləşən CNN-nin jurnalisti akreditasiyasını itirdi

08 Noyabr, 2018 12:25 | Siyasət | Baxış sayı: 77
Trampın mətbuat konfransı
Trampın mətbuat konfransı

Donald Tramp sözünü kəsən və mikrafonu verməyən jurnalisti kobud, tərbiyəsiz adlandırıb

ABŞ prezidenti Donald Trampla sözləşən jurnalist Ağ evdə akreditasiyasını itirdi. İstiPress-in məlumatına görə, bu CNN kanalının əməkdaşı Cim Akost olub.

Ötən gün keçirilən mətbuat konfransında prezident onunla mübahisə edən jurnalistin davranışını kobud adlandırıb və tənqid edib.  

"Prezident Tramp azad mətbuata inanır və öz, admnistrasiyasının ünvanına kəskin sualları da alqışlayır. Ancaq biz Ağ evdə stajçı kimi öz vəzifəsinin öhdəsindən gəlməyə çalışan qıza jurnalistin toxunmasına imkan verə bilmərik", deyə "Twitter" səhifəsində Trampın mətbuat katibi Sara Sanders yazıb. 

Qeyd edək ki, mətbuat konfransı zamanı prezident Meksikadan gələn miqrant karvanını istilaçılar adlandırıb və qeyd edib ki, onlar ölkəyə qanuni yollarla daxil olmalı idilər. Bundan sonra Akosta prezidentin sözünü kəsib və bildirib ki, miqrantlar yüzlərlə mil aralıdadırlar və buna istila demək olmaz. Tramp jurnalistə cavabında - "açıq deyirəm, siz mənə ölkəni idarə etməyə imkan verməlisiz, siz isə CNN-ni idarə edin" deyib və ona artıq sual verməyi yasaqlayıb. 

İnsidentdən sonra Ağ evin qadın əməkdaşı jurnalistən mikrafonu almaq üçün bir necə dəfə cəhd edib. Amma jurnalist buna qarşı çıxıb və  Trampla mübahisəyə davam edib.

"CNN sizin kimi işçisi olduğu üçün utanmalıdır. Siz kobud, tərbiyəsiz insansınız. Siz Sara Hakabi (mikrafonu almağa cəhd edən xanım) necə davranırsınız. Bu dəhşətdir", deyən Tramp onun həmkarlarına sual verməyə imkan vermədiyini qeyd edib.  

Bu insident qarşısında CNN-də səssiz qalmayıb və prezidentin mətbuata hücumunun artdığını deyib. 

Akostın akreditasiyasını itirməsi onun Ağ evə girişini məhdudlaşdırmır. İndi o bunun üçün mətbuat konfranslarından öncə çəhrayı buraxılış vəsiqəsi almalıdır. Lakin bu vəsiqə ilə onun girişi məhdudiyyətli olacaq.