Ermənilərin qorxduğu gün gəldi

08 Noyabr, 2018 10:55 | Siyasət | Baxış sayı: 299
Astana
Astana

Bu gün KTMT-yə Bakıda oxuyan general rəhbər təyin edilə bilər

Bu gün Astanada KTMT-yə yeni baş katib seçilə bilər. İstiPress-in məlumatına görə, təşkilata daxil olan dövlətlərin başçıları bu posta əsas namizədi müzakirəyə çıxaracaqlar. 

Çox güman ki, ermənilər yenidən baş katib postuna sahib çıxa bilməyəcəklər. Bu barədə  “168 Jam” qəzeti yazır. İş ondadır ki, Yuri Xaçaturovla bağlı qalmaqallı hadisələr bu hərbi təşkilatın reputasiyasına ciddi zərbə hesab edilir. "İrəvanın yeni hakimiyyətinin tələsik qərarı Rusiya-erməni münasibətlərinə də zədədir. Bu həm də müxaliflər üçün öz planlarının icrasına bəhanə olub", deyə rusiyalı hərbi ekspert Pavel Felqenqauer bildirib.

Onun sözlərinə görə, Ermənistanda antirusiya bəyanatları get-gedə artamağa başlayıb. Bütün bunlar isə Ermənistanın təhlükəsizliyinin əsas zəmanətçisi və silah idxalçısı olan Moskvanı narahat etməyə bilməz. “Belə əməkdaşlıqda Rusiyadan çox Ermənistan maraqlı olmalıdır. Düşünürəm ki, Cənubi Qafqazda baş verənləri diqqətlə izləyən Moskva Ermənistanda baş verən istənilən hadisəyə hazırdır. Moskva bu gün rəsmi irəvana o qədər də inanmır".  

Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) baş katib kimi Azərbaycanda təhsil alan generala rəhbərlik edə bilər. söhbət Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasdan gedir. Bu posta yeganə namizəd kimi adı çəkilən Zas 1981-1985-ci illərdə Bakı hərbi məktəbində təhsil alıb. Zas bu posta əsas iddialı namizəd hesab edilir. 

Erməni general Yuri Xaçaturov Ermənistanda 1 mart 2008-ciil hadisələrinə görə ittiham edilib. Bir neçə ay öndə o İrəvanda həbs edilsə də, sionradan azad edilmişdi. Daha sonrs Xaçaturov KTMK baş katibi postundakı vəzifəsindən azad edilib.  Ermənistan nümayəndəsi 2020-ci ilədək seçildiyi halda, yalnız il yarım baş katib vəzifəsini tuta bilib.