Bakıda iki milyard tonluq neftə aid tədbir başladı

08 Noyabr, 2017 10:24 | Siyasət | Baxış sayı: 187
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Prezidenti İlham Əliyev

Prezident çıxış edib

Azərbaycanda iki milyard ton neft hasilatı münasibətilə təntənəli mərasim keçirilir. İstiPress-in məlumatına görə, mərasim Bakıda, Heydər Əliyev Mərkəzində başlayıb. 

Azərbaycan respublikasının prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı mərasimdə nitq söyləyib. 

Sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “28 May” Neft-Qaz Çıxarma İdarəsinin 10 saylı özülünün rəisi Qədim Əliyev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Bakı Ali Neft Məktəbinin birinci kurs tələbəsi Mahirə Əsədova, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə çıxış ediblər.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Xoşbəxt Yusifzadə birinci dərəcəli “Əmək” ordeni ilə təltif olunub.

Dövlətimizin başçısı ordeni Xoşbəxt Yusifzadəyə təqdim edib.

Sonda Azərbaycanın neft sənayesinin tarixinə həsr edilən videoçarx nümayiş olunub.