Avropada vəzifə almış 23 yaşlı azərbaycanlı qız

08 Noyabr, 2017 18:35 | Siyasət | Baxış sayı: 392
Malmö şəhəri
Malmö şəhəri

23 yaşlı azərbaycanlı qız Aida Kiani İsveçdə yüksək vəzifəyə təyin olunub.

İstiPress-in məlumatına görə, o, İsveçin Malmö şəhərinin seçkilər üzrə baş koordinatoru təyin olunub.

Aidə Kiani 1994-cü ildə İsveçin Motala şəhərində anadan olub. Qeyd edək ki, Aidə Kianı Azərbaycan diasporunun tanınmış təmsilçisi və lobbiçisi, Stokholm bələdiyyəsinin dövlət qulluqçusu Leyla Kianinin qızıdır.

Aida Kiani Malmö Dövlət Universitetinin Beynəlxalq əlaqələr və dövlət qulluqçuluğu fakültəsinin builki məzunudur. Tələbə dövründə də Malmö şəhər bələdiyyəsində əvvəlcə praktika, daha sonra yay aylarında çalışaraq dövlət qulluqçuluğu sahəsində təcrübə qazanıb.

İsveçdə doğulub böyüməsinə baxmayaraq, doğma Azərbaycan, İsveç, ingilis və Danimarka dillərində sərbəst danışan Aidanın gələcək arzularından biri Azərbaycan və İsveçin birgə müştərək layihələr üzərində işləməkdir. 

Leyla Kiani haqqında məqalə
Leyla Kiani haqqında məqalə
Leyla Kiani
Leyla Kiani