Paşinyanın ən yeni qorxusu

08 Oktyabr, 2020 17:41 | Siyasət | Baxış sayı: 1323
Nikol Paşinyan
Nikol Paşinyan

Əgər dünyada yalançıların müsabiqəsi keçirilsə Nikol Paşinyan çempion olardı. Bu nəticəyə erməni baş nazirin “Rossiya” telekanalında çıxışandan sonra gəlmək olar.

Nikol Paşinyan ağlaya-ağlaya deyirdi ki, türk qırıcısı erməni təyyarəsini vurub.  Bu, feyk çıxdı. Dünən Rusiyanın 1-ci kanalında çıxış edərkən feykləri yenə fontan vurdu. Paşinyan ermənilərə xas olan yalançılıqla iddia edirdi ki, BMT-nin erməni qoşunlarının tam şəkildə Qarabağdan çıxarılması barədə qətnamə qəbul etməyib.

Daha sonra yalanlarında bir qədər də irəli gedib. Erməni baş nazir Türkiyənin niyə Qarabağa can atmasından bəhs edib. Sən demə, istəyir ki, məhz orada daha bir soyqırım törətsin. Yəqin bu yalanlarla Türkiyəyə bir tikə çörək dalınca işləməyə getmiş erməniləri qorxudub qaytarmaq istəyir. İndi orduda döyüşmək üçün canlı qüvvələri çatmır, ona görə Türkiyəyə gedib xalq istehlak malları gətirən, xüsusilə türk meyvə-tərəvəzlərin üzərinə Ermənistan yarlığı yapışdırıb Rusiyaya erməni malı kimi ixrac edənləri qorxutmaq istəyir.  

Paşinyan iddia edir ki, Qarabağda müharibə, sən demə, bütün dünya birliyi üçün təhlükədir. Bəs, Ermənistan Azərbaycan rayonlarını işğal edəndə bu, təhlükə deyildi, ermənilər Dağlıq Qarabağı itirəndə təhlükə başlayır?

Rusiyanın 1-ci kanalının “Vremya pokajet” proqramın aparıcısı belə Paşinyanın sayıqlamalarına çaşıb qaldı ki, bəs, Qarabağda Türkiyə bədbəxt ermənilərlə döüyüşür. Yəqin o, prezident Putinin müharibənin Bakı və İrəvan arasında Azərbaycan torpağında getdiyini deməsindən xəbərsiz olub.

Mən artıq yazmışam ki, Rusiya telekanalları Qarabağdakı müharibəni düzgün işaqlandırmırlar. Ermənistan ordusunun işğalı nəticəsində 1 milyona yaxın azərbaycanlının öz evlərini qoyub məcbur köçkün olması barədə susurlar. Xocalı faciəsi barədə heç nə demədən, mövzudan yan keçirlər. Amma onları Qarabağın erməni əhalisinin taleyi çox narahat edir.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə deyib, əsrlər boyu olduğu kimi azərbaycanlılar və ermənilər bir yerdə yaşayacaqlar. Bu barədə bir söz də demirlər. Bunun səbəbi hələ də mənim üçün qaranlıqdır. Ola bilər ki, burada dini amil özünü göstərir. Ancaq müsəlman Bakısında yetəirincə rus var və rusdilli ali məktəb var, Rusiya ali məktəblərinin filialalı var. İrəvanda isə bu, yoxdur. Mən bir şeydə əminəm ki, əgər Rusiyanın aparıcı telekanalları Qarabağ barədə obyektiv danışsalar, onda İrəvanda rəhbərlə yaşayanlar bütün tədbirləri görərdilər ki, erməni xalqı bunları eşitməsin.

Onlar bunu bacarırlar və bunu dəfələrlə göstəriblər. Ermənistanın özündə yerli mətbuatın yazdığına görə, Paşinyanın reytinqi fəlakətli şəkildə düşür. O çox şey vəd verdi və öz xalqı üçün heç nə etmədi. Rus kanalları reytiniq düşən Paşinyanın sözlərini həddindən çox verirlər. Bu niyə belədir, böyük sualdır.

Mais Məmmədov

əməkdar jurnalist