Prezidentdən yeni Baş nazir namizədi

08 Oktyabr, 2019 11:23 | Siyasət | Baxış sayı: 108
Baş nazir - Novruz Məmmədov
Baş nazir - Novruz Məmmədov

Novruz Məmmədov istefa verdi

Prezident İlham Əliyev yeni baş nazirin namizədliyini Milli Məclisə göndərib. Həmin namizəd prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovdur.

Bu məsələ rəsmi olaraq Milli Məclisin növbəti plenar iclasının gündəliyinə daxil edilib. Xatırladaq ki,  baş nazir Novruz Məmmədov bu gün istefa verib.