Paşinyan 20 gün qabaq işə götürdüyü baş müşavirini qovdu

08 Oktyabr, 2019 11:37 | Siyasət | Baxış sayı: 35
Nikol Paşinyan
Nikol Paşinyan

Osipyan təyinatdan sonra 1 gün belə işə çıxmayıb

Ermənistanın baş naziri Nikol Paşinyan baş müşaviri, yenicə işə təyin etdiyi Valeri Osipyandan canını qurtarıb. Nazir Osipyanı istefaya göndərib. 

Sentyabrın 18-də Ermənistan Polisinin rəisi (daxili işlər naziri) Valeri Osipyan istefa vermişdi. Elə həmin gün də N.Paşinyan onu özünə baş müşavir təyin etmişdi. 

KİV-də yayaılan məlumata görə, Osipyan özü istefa ərziəsi yazıb. O, tyinatından sonra bircə gün də olsa işə çıxmayıb.