Kral nəvələrinin statusunu əllərindən aldı, artıq pul verilməyəcək

08 Oktyabr, 2019 15:11 | Siyasət | Baxış sayı: 124
İsveç kralının qızı və nəvəsi
İsveç kralının qızı və nəvəsi

Kral ailəsi ancaq vəliəhd şahzadənin statusunu qoruyub

İsveç kralı öz doğma nəvələrini statuslarından məhrum edib. İsveç kralı 16-cı Karl Qustafın bu qərarı ancaq vəliəhd olan böyük övladı və övladlarına aid deyil.

Ailənin digər nəvələri artıq əlahəzrət statusu daşımayacaqlar. Yəni onlar rəsmən kral ailəsi hesab edilmirlər. Söhbət şahzadə Karl Fillipin 2, Şahzadə Madelinin 3 uşağından gedir. Yəni 16-cı Karlın 5 nəvəsi artıq kral ailəsində hər hansı bir rola sahib olmayacaq. Bundan başqa onlar vergi müfələffiyətindən təmin edilən aylıq ödənişlərdən də məhrum olurlar. Fillip ilə Madelinin övladları şahzadə adını qoruyacaqlar. Amma gələcəkdə həyat yoldaşı və övladları bu adları almayacaq. 

Kralın qızı Madelin "İnstagram" hesabından yaydığı açıqlamada bu qərarı dəstəkləyib. O, qeyd edib ki, bu dəyişiklik uzun müddətdir ki, planlaşdırılır. "Bu dəyişiklik uşaqların öz həyatlarını istədikləri kimi qurmaları üçün gözəl seçimdir". O, qeyd edib ki, artıq uşaqlar həyatlarına yön vermək məsəsləsində daha azaddırlar. 

İsveçdə 1980-cı ildə də böyük dəyişiklik baş verib. Dəyişikliyə görə, kral və kraliçanın ilk övladı cinsiyyət seçimi olmadan vəliəhd hesab edilir. Bu qaydaya görə, 40 yaşlı şahzadə Viktoriya atasından sonra taxta çıxmaq hüuquq olan ilk namizəddir. Növbəti yerdə isə onun qızı Estella yer alır. 

Karl Qustaf ilə kraliça Silvia 1976-cı ildə ailə qurub. Kraliça Silvia alman ata ilə braziliyalı ananın övladı olub. 

Bu evlilikdən onların 3 övladı doğulub.