Gürcü nazir Azərbaycana gəlir

08 Oktyabr, 2019 17:38 | Siyasət | Baxış sayı: 40
Georgi Qaxariya
Georgi Qaxariya

Qaxariyanın baş nazir kimi ilk səfəri sabah başlayır

Gürcüstanın baş naziri Georgi Qaxariya Azərbaycana səfər edəcək. Nazirin səfəri sabah başlayacaq. 

Bu, G.Qaxariyanın baş nazir postunda ilk rəsmi səfəri olacaq.

Baş nazir bundan sonra oktyabrın sonunda Türkiyəyə, daha sonra Brüsselə səfər edəcək. Brüsseldə o, Avropa İttifaqının rəhbərliyi ilə görüşəcək.