ABŞ Türkiyəni hədələdi: "Məhv edərəm"

08 Oktyabr, 2019 14:03 | Siyasət | Baxış sayı: 217
Hərbçilər
Hərbçilər

Tramapın cavabı gecikmədi

Ötən gün mənasız savaşlardan şikayət edən ABŞ prezidenti Donald Tramp yenidən Türkiyəni hədəfə götürüb. Tramp bu ölkkəni iqtisadiyyatını məhv etməklə hədələyib.

"Daha öncə də dediyim kimi bir daha qeyd edirəm ki, əgər Türkiyə qoyulan sərhədləri keçərsə mən onun iqtisadiyyatını tamamilə məhv edəcəm. Necə ki, daha öncə etmişdim". Bunu amerikalı lider özünün "Twitter" səhifəsində yazıb.

Trampın iqtisadi təhdidləri cavabsız qalmayıb. Prezident Ərdoğanın köməkçisi Fuad Oktay "Türkiyə təhdidlərlə hərəkət etmir" deyə cavab verib. 

"Beynəlxlaq ictimaiyyətə mesajımız aydındır - Türkiyə təhdidlə hərəkət edəcək bir ölkə deyil. Söhbət ölkənin təhlükəziliyindən gedirsə prezidentimizin də dediyi kimi Türkiyə öz yolunu özü seçir.

Heç bir şərtlə öz sərhəddinin bir addımlığında bir terror dəhlizi və dövləti qurulmasına əsla və əsla icazə verməyəcək. Bunun dəyəri nə olursa olsun..."