Xərçəng olan qırğız nazir öldü

08 Oktyabr, 2018 09:22 | Siyasət | Baxış sayı: 58
Sultan Jumaqulov
Sultan Jumaqulov

Sultan Jumaqulov 59 yaşında dünyasını dəyişib

Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Sultan Jumaqulov bu gün səhər saatlarında dünyasını dəyişib. İstiPress-in məlumatına görə, bu barədə onun rəhbəri olduğu nazirlik məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, Jumaqulov uzun sürət xəstəlikdın sonra 59 yaşında vəfat edib. Nazirin onkoloji xəstəlikdən əziyyət çəkdiyi bəlli idi. 

S.Jumaqulov ötən ilin noyabr ayında bu posta təyin edilmişdi. O, həm də ölkənin tanınmış jurnalistlərindən olub. Kariyerasına 1981-ci ildə gənclər qəzetində başlayıb. Daha sonra telekanal rəhbərliyi vəzifəsinə kimi yüksəlmişdi.