Paşinyanın arvadı Qarabağda

08 Oktyabr, 2018 09:42 | Siyasət | Baxış sayı: 197
Dağlıq Qarabağ
Dağlıq Qarabağ

Akopyanın Azərbaycana sülh yalvarışları

Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı öz siyasi kariyerasına Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindən başlamağa qərar verib. Məlum olduğu ki, Anna Akopyan “Qadınlar sülh namizə” kampaniyasına başlayıb. Bu hərəkata hətta Rusiyadan olan bəzi qadınlar da qoşulub.

Görünür, baş nazirin arvadı Qarabağı məhz onun soydaşlarının - Ermənistan silahlı qüvvələrinin işğal etdiyini ya bilmir, ya unudub ya da böyük ehtimal ki, unutmaq qərarına gəlib. O, Rusiyadan olan bir qrup qadınla işğal altında olan torpaqlara gedib. Burada isə mitinq formasında tədbir keçirilib. Tədbirin effektini daha da gücləndirmək üçün isə  qondarma rejimin rəhbəri Bako Saakyan, separatçıların hərbi idarəsinin komandan adlandırdıqları rəhbəri Levon Naskanyan da gəlib.

Akopyan özünün neçə çətinliklərdən keçdiyinindən danışıb. Amma bu çəyinliklərin hansılar olduğunu nazir arvadı deməyib. Baş nazirin arvadı Rusiyadan gələn qadınlardan Bakıya gedərək, sülh bəyanatları ilə çağırış etmələrini istəyib. Amma Akopyan Qarabağ və ətraf rayonların ermənilər tərəfindən işğalı, bir milyona yaxın insanın evlərindən didərgin düşməsindən heç nə danışamayıb. 

İndi Azərbaycanın praktiki olaraq öz torpaqlarını işğaldan etmək üçün savaşa başlamağa hazır olduğu bir zamanda İrəvandan sülh çağırışları gəlməyə başlayıb. Azərbaycan XİN baş nazirin arvadının bu təşəbbüsünü Paşinyan komandasının daxili auditoriyaya hesablanan populist və piar kampaniyası adlandırıb.