Paşinyan "qanuni oğrular"a ağız açdı

08 Oktyabr, 2018 11:34 | Siyasət | Baxış sayı: 77
N.Paşinyan mitinqdə
N.Paşinyan mitinqdə

Erməni nazir bütün planlarında kriminal avtorirtetlərdən dəstək almaq istəyir

Ermənistanda kriminal dünya baş nazir Nikol Paşinyana kömək edəcək. Bu barədə “İravunq” qəzeti yazır. Ölkəni baş nazirinin təcili parlament seçkisi keçirmək üçün var gücü ilə çalışdığı bir zamanda Paşinyanın birinci müavini Ararat Mirzoyana çətin tapşırıq verilib. O, “qanuni oğrularla” bu gün ölkədə yaranmış siyasi vəziyyətlə bağlı bir sıra görüşlər keçirməlidir.

Mirzoyanın üzərinə kriminal avtoritetlərlə Paşinyana bütün planlarında, xüsusi ilə növbədənkənar seçki məsələsində tam dəstək haqqında razılıq əldə etmək öhdəliyi qoyulub. 

Nəşr yazır ki, kriminal aləmdə bu görüşə hazırdırlar. Hətta Paşinyana dəstəkdən də danışırlar. Amma bununla yanaşı öz şərtləri də var -  amnistiya sayının artırılması.