Jirinovski inauqurasiya zamanı yıxıldı - VİDEO

08 Oktyabr, 2018 18:36 | Siyasət | Baxış sayı: 168
Jirinovski yıxılan zaman
Jirinovski yıxılan zaman

O, fotoqrafın köməyi ilə ayağa qalxıb

Rusiya Dövlət Dumasının sədr müavini, Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski Vladimirsk vilayətinin qubernatoru Vladimir Sipyaqinin inauqurasiya mərasimi zamanı büdrəyib və yıxılıb.

İstiPressy-in məlumatına görə, hadisənin görüntüləri "YouTube"yə yerləşdirilib və bir sıra rus KİV-ləri bu barədə yazıb. 

Sipyaqinin andiçmə mərasimi vilayət administrasiyasının binasında keçirilib. Andiçmədən və Rusiya prezidentinin Mərkəzi federal dairə üzrə nümayəndəsi İqor Şeqolevin çıxışından sonra Jirinovski səhnəyə dəvət edilib.

Pilləkənləri qalxan zaman o, büdrəyib və yıxılıb. Jirinovski fotoqrafın köməyi ilə ayağa qalxıb.