Ərdoğan: "Kredit dəftəri birdəfəlik bağlandı"

08 Oktyabr, 2018 12:44 | Siyasət | Baxış sayı: 96
R.T.Ərdoğan
R.T.Ərdoğan

Türkiyə prezidenti artıq ölkəsinin BVF kreditinə ehtiyacı olmadığını deyib

"Bu gün Türkiyə Beynəlxalq Valyuta Fondundan (BVF) kredit dəstəyinə ehtiyac duya biləcək səviyyədən çox uzaqdadır. Türkiyə BVF dəftərini bir daha açmamaq üzrə qapayıb". İstiPress-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

O, bildirib ki, bu gün ölkəsinin kredit dəstəyinə və bununla bağlı texniki yardıma ehtiyacı yoxdur. Ümumiyyətlə bu məsələ ilə bağlı söhbət belə gedə bilməz. 

"Məndən AKP hökumətlərinin ən çox qürur duyulası işini soruşsalar ölkəmizin BVF boyunduruğundan qurtulmasını deyərəm. Biz hökuməti  23,5 milyard dollar borcla təhvil aldıq. 2013-cü ildə bəs nə etdik? Tamamilə sıfırladıq".