Akopyan rus qadınları Azərbaycanın "qara siyahı"sına saldı

08 Oktyabr, 2018 13:05 | Siyasət | Baxış sayı: 113
Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

XİN Paşinyanın arvadı ilə birlikdə Qarabağa qanunsuz səfər edənlərlə bağlı tədbir görəcək

Paşinyanın arvadı ilə Qarabağa qanunsuz səfər edənlərin adı "arzuolunmaz şəslər" siyahısına salınacaq. Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Rusiyadan olan bir qrup qadın ilə birlikdə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərinə münasibət bildirib.

"“Qadınlar sülh naminə” təşəbbüsü barədə artıq səsləndirilən mövqeyə əlavə olaraq təkrar edirik ki, sülh istəyənlər müharibəni davam etdirməməli, insan itkisinin qarşısını almaq istəyənlər digər dövlətin ərazilərini hərbi işğal altında saxlamamalı və nəhayət, qadınları və anaları sülhə dəvət edənlər şəxsən öz övladlarını Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə hərbi xidmətə göndərməməlidirlər.

"Azərbaycan Respublikasının qanunlarını ciddi pozaraq ölkəmizin işğal edilmiş ərazilərinə qanunsuz səfər edən əcnəbi vətəndaşlara gəldikdə isə hazırda onlarla bağlı məlumat araşdırılır və bu şəxslər müəyyənləşdirildikdən sonra onların adlarının ölkəmizə girişi arzu olunmayan şəxslər siyahısına əlavə edilməsi ilə bağlı müvafiq qərar qəbul ediləcək".