ABŞ Etnik Anlaşma Fondunun prezidenti Bakıda

08 Oktyabr, 2018 11:06 | Siyasət | Baxış sayı: 15
Qəbul
Qəbul

Qonağı prezident İlham Əliyev də qəbul edib

Prezident İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayeri qəbul edib. Mark Şnayer İlham Əliyevlə Bakıda və ABŞ-da keçirdikləri görüşləri məmnunluqla xatırlayıb.

Söhbət zamanı Azərbaycanda müxtəlif xalqların və etnik qrupların, o cümlədən yəhudi icması nümayəndələrinin dinc yanaşı və əmin-amanlıq şəraitində yaşamaları üçün hər cür şəraitin yaradıldığı qeyd olunub, onların Azərbaycanın ictimai həyatında fəal iştirak etdiyi vurğulanıb.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, ABŞ Etnik Anlaşma Fondunun bu işə töhfə verdiyi qeyd olunub.