Obama danışdı, ABŞ prezidentini yuxu tutdu

08 Sentyabr, 2018 11:25 | Siyasət | Baxış sayı: 110
Donald Tramp - ABŞ prezidenti
Donald Tramp - ABŞ prezidenti

Amerikanın keçmiş prezidenti ilk dəfə olaraq öz xələfini açıq şəkildə tənqid edib

ABŞ-ın keçmiş prezidenti Barak Obama xələfini tənqid atəşinə tutub. İstiPress-in məlumatına görə, Obama Trampı "qabadayı" (kobud, özündənrazı) adlandırıb. Onun sözlərinə görə, Donald Tramp müntəzəm olaraq Federal Təhlükəsizlik Bürosu və Ədliyyə nazirliklərinə hücum edir. "Biz, amerikalılar qabadayılara qarşı çıxırıq. Onları izləmirik".

O, Trampı ilk dəfə olaraq belə açaıq şəkildə tənqid edib və onun siyasətinə əvvəldən qarşı olduğunu xatırladıb. İlk qaradərili dövlət başçısı deyib ki, əslində ABŞ-da demokratiya qorxusu onunla başlamayıb. "O bir simptomdur, səbəb yox. Siyasətçilərin illərdin yaratdığı küskünlük, qəzəbin və qorxundan faydalanır".

Keçmiş prezident Trampın etdiklərinin, Ağ evin nümayəndələrinin ona müdaxilələr edərək düzəltməyə çalışmasının normal olmadığını, bunun nəzarət mexanizmi hesab edilə bilməyəcəyini deyib. O, qarşıdan gələn konqres seçkisində hər kəsi iştiraka çağırıb. "Oturub xilaskarı gözləmək olmaz. Mükəmməl bir namizədiniz yoxdursda belə kənarda qala bilmərsiniz. Bu rok konserti deyil. Bizim ehtiyacımız dürüst, çalışqan, Amerikanın gələcəyini düşünən insanlaradır. Demokratiya üçün ən böyük təhdidi biganəlikdir". 

Donaldın trampın Obamaya cavabı da özünü çox gözlətməyib. Prezident sələfinin tənqidlərinə qulaq asanda onu yuxu tutduğunu deyib.

"Bu gün Obama çıxış edirdi. Mən doğurdanda onu izləməyə başladım, amma təəssüf ki, yuxu tutdu".