Nazirlər Kabinetinin rəsmisi Lütfi Zadəni təhqir etdi - "Fındıqbaş"

08 Sentyabr, 2017 10:55 | Siyasət | Baxış sayı: 486
Akif Əli
Akif Əli

Akif Əli şoka saldı: "Nə deməliydim, balqabaqbaş deməliydim?"

Nazirlər Kabinetinin mətbuat xidmətinin təhbəri Akif Əlinin ötən gün ABŞ-da dünyasını dəyişən dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə haqqında dedikləri ictimaiyyəti şoka salıb. İstiPress-in məlumatına görə,  dövlət məmuru tanınmış alimin dəfni ilə bağlı suala cavab verərkən xoşagəlməz ifadə işlədib. 

Məlumata görə, "qafqazinfo" mərhumun harada dəfn ediləcəyi ilə bağlı adıçəkilən şəxsə sual ünvanlayıb. A.Əlinin cavabı isə belə olub: haqqında “Səhər-səhər ölü xəbərləri ilə məni narahat etməyin. Belə xəbərlər mənə pis təsir edir. Bu haqda heç nə bilmirəm. Ümumiyyətlə, maraqlanmıram. O fındıqbaş kişi məni maraqlandırmır. Xahiş edirəm, səhər-səhər məndən belə şeylər soruşmayın. Yaxşı şeylər danışaq ki, günümüz yaxşı keçsin”.

Mətbuat xidmətinin rəhbərinin alim haqqında işlətdiyi “fındıqbaş” ifadəsi cəmiyyətə birmənalı qarşılanmayıb. “O sual mənə aid deyildi. Nə deməliydim, balqabaqbaş deməliydim? Kimsə kimisə qəbul edir, bu, onun şəxsi işidir. İş başlamamış mənə zəng vurub, sual veriblər. Onun alimliyindən mənə dəxli var? İndi baxacam görüm nə yazılıb? Kim nə istəyir desin. Oğurluq etməmişəm, pul oğurlamamışam, cinayət etməmişəm, dövləti satmamışam. Bu, mənim şəxsi fikrimdir”, deyə qurum rəsmisi yenicağ-a bildirib.

Xatırladaq ki, Lütfi Zadənin vəfatı ilə bağlı ötən gün ölkə prezidenti və dövlət rəhbərliyi onun yaxınlarına rəsmi başsağlığı verib.