Lütfi Zadəyə "fındıqbaş" deyən məmur üzr istədi

08 Sentyabr, 2017 12:33 | Siyasət | Baxış sayı: 478
Akif Əli
Akif Əli

"Telefonda bir-birimizi düz başa düşməmişik"

Ötən gün dünyasını dəyişən dünyaşöhrətli azərbaycanalı alim Lütfi Zadə barədə təhqiramiz ifadə işlədən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri üzr istəyib. İstiPress-in məlumatına görə, bu barədə Akif Əli öz "facebook" səhifəsində yazıb. 

"Hörmətli FB istifadəçiləri! 
ABŞ-da yaşayan və vəfat edən xalqın sevimli alimi Lütfi-Zadənin harada dəfn ediləcəyi ilə bağlı “qafqazinfo” müxbirinin səhər-səhər hələ iş başlamamış, hələ mən qəzetlərlə, mətbuatdakı son xəbərlərlə tanış olmamış mənə verdiyi tələsik sualın tələsik cavabı haqlı narazılıq doğurub.

Təəssüf edirəm ki, biz həmişə qarşılıqlı anlaşma şəraitində işlədiyimiz saytın müxbiri ilə telefonda bir-birimizi düz başa düşməmişik. Mən həqiqətən alimin dəfni ilə əlaqədar təfərrüatlara malik deyiləm. Və bunu bildirmişəm. Əgər yerinə düşməyən, bəlkə də emosional ifadələr olubsa üzr istəyirəm. Tanrı xalqın böyük aliminin ruhunu şad etsin!"