Keçmiş prezidentin iqamətgahına hücum - ölkə qarışdı VİDEO, YENİLƏNİB

08 Avqust, 2019 11:30 | Siyasət | Baxış sayı: 219
A.Atanbayevin evində atışma
A.Atanbayevin evində atışma

Keçmiş prezident xüsusi təyinatlılara atəş açıb

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev iqamətgahaındakı qarşıdurmada atəş açdığını etiraf edib. O, jurnlaistlərə açıqlamasında evinə hücum edən xüsusi təyinatlılarla atışmada iştirak etdiyini bildirib. 

"Mənim tərəfdaşlarımın silahı yox idi. Hücum zamanı şəxsən mən atəş açmışam". Lakin keçniş dövlət başçısı heç kimə güllə dəyməməsinə çalışdığını da deyib. 

Saat 08:52

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin həbs olunması ilə bağlı əməliyyat ölkədə vəziyyət gərginləşdirib. Atambeyevin saxlanaması ilə bağlı xüsusi təyinatlıların əməliyyatı keçmiş dövlət başçısının iqamətgaahının olduğu paytaxtdan 20 km aralıdakı, Koy-Taş kəndində keçirilib. 

Sabiq prezidentin tutulması ilə bağlı əməliyyatda bir xüsusi təyinatlı aldığı güllə yarasından xəstəxanada dünyasını dəyişib. Qarşıdurma zamanı Çuy vilayəti daxili işlər idarəsinin rəisi Samat Kurmankulov ciddi yaralanaraq komaya düşüb.

Qırğızıstan mətbuatının yaydığı məlumata görə, qarşıdurmada yaralananların sayı 48-ə çatıb, onların biri jurnalistdir. 

Ölkədə vəziyyətin gərginləşməsi ilə bağlı Qırğızıstan prezidenti Sooronbay Jeenbekov məzuniyyətini yarımçıq saxlamalı olub. Onun başçılığı ilə Təhlükəsizlik Şurasının iclası başlayıb. İclas mətbuat üçün qapalıdır. 

Xatırladaq ki, A.Atambayevin saxlanması üçün əməliyyatın keçirilməsinə səbəb onun krimal avtoritet Aziz Batukayevin qanunsuz azad edilməsi ilə bağlı məhkəmə işində şahid kimi ifadə verməkdən imtinası olub. Keçmiş prezident bütün çağırışları qulaqardı edib və bildirib ki, bu çağırış vərəqlərini heç əlinə də almayacaq.

Almazbek Atambayev 2011-ci ildən 2017-ci ilədək Qırğızıstana rəhbərlik edib. O, könüllü sürətdə istefa verib. İyun ayının 20-də parlament eks prezidentlə bağlı ittiham aktını prokurorluğa təqdim edib. Onun adı qanunsuz həbsdən azad etmə və başqa cinayətlərlə yanaşı korrupsiya işində də hallanır. 

Atambayevin toxunulmazlığı ləğv edilib. Əgər ona qarşı irəli sürülən ittihamlar öz təsdiqini taparsa keçmiş prezident ömürlük azadlıqdan məhrum edilə bilər. Atambayev özü isə bütün ittihamları saxta adlandırıb və bildirib ki, prezident fəaliyyətinə görə hesabat verməyə hazırdır.