Ərdoğan Krımı Rusiya ərazisi kimi tanımadı

08 Avqust, 2019 10:43 | Siyasət | Baxış sayı: 67
R.T.Ərdoğan
R.T.Ərdoğan

"İlhaqı tanımayıb və tanımayacaq"

"Türkiyə Krımın ilhaqını tanımayıb və tanımayacaqdır". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşü zamanı deyib.

O deyib ki, Krım tatarı Türkiyə və Ukrayna arasındakı tarixi və insani bağların əhəmiyyətli bir ünsürüdür. 

"Krımda əsas hüquq və azadlıqların müdafiəsi Ankara üçün prioritet olaraq qalır".