Rusiyadan ermənilərə ultimatum: "Get səni yedirib, içirsinlər, amma..."

08 Avqust, 2018 15:26 | Siyasət | Baxış sayı: 155
Ermənistandan köçən ailələr Gürcüstanın Lars keçidində
Ermənistandan köçən ailələr Gürcüstanın Lars keçidində

"Paşinyan qərbin yanında olmaq istəyir. Ancaq təhlükəsizliyinə zəmanəti, ucuz silahı Rusiyadan alır". Bunu rusiyalı ekspert, Moskavanın MDB ölkələri üzrə institutunun direktor müavini, Qafqaz şöbəsinin rəhbəri Vladimir Yevseyev deyib.

Onun sözlərinə görə, ermənilər beynəlxalq arenada mövqelərini çox dəyişmək istəyirlər. 

Serj Sarkisyanın dövründə əsas yönüm Rusiya idi. Lakin Qərblə də əlaqələr var idi. Paşinyan isə tamamilə qərbə yönəlmək istəyir. "Amma bununla yanaşı əvvəlki kimi Rusiyadan ucuz qaz, güzəştli şərtlərlə silah və əlbətdə ki, kredit almaq istəyir. Qərb səni bu qədər özünə çəkirsə get. Rusiyanı da rahat burax.

Əgər sən qərbin sevimlisisənsə qoy onlar da səni Qarabağda qorusunlar, Türkiyə istiqamətindən sənin təhlükəsizliyinin qayağısına qalsınlar, yedirsinlər, içirsinlər və kredit versinlər".