Paşinyan ailəsindən təşəbbüs "fontan"ı

08 Avqust, 2018 10:02 | Siyasət | Baxış sayı: 235
Paşinyan arvadı Anna Akopyanla
Paşinyan arvadı Anna Akopyanla

Baş nazirin arvadı işə qarışır

Paşinyanın ətrafındakıların təşəbbüskarlıqları fontan vurur. Ermənistanın baş naziri yenidən xalqı avqustun 17-də meydana çıxmağa səsləyib. Məhz bu gün Paşinyan yəqin ki, bir az daha səbr etmək lazım oduğundan, bundan sonra isə erməni xalqının Amerikadakılar kimi yaşayacağınından danışacaq.

Onun arvadı Anna Akopyan da Paşinyandan geri qalmır. O, “Sülh naminə qadınlar” adlı yeni hərəkat yaradıb. Mətbuat konfransında çıxış edən Akopyan deyib ki, bu günlərdə Rusiyaya yola düşəcək. Akopyanın fikrincə, yeni qadın hərakatı Dağlıq Qarabağda sülhün bərpa edilməsini təşviq etməlidir. Amma bu bu yeni hərəkat erməni “ətirlidir”.

“Mən düşünürəm ki, bu münaişənin necə yarandığı, onda kimin günahkar olmağı vacib deyil. Əsas insanların taleyi, münaqişə zamanı gənclərin itirmək riski ilə üz-üzə qaldıqları həyatlarıdır". 

Onunla razılaşmaq olardı...  Əgər əri erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilən ərazilərdən çıxarılması barədəd əmr versəydi. Onda yəqin ki, Anna Akaopyan şou ilə Qarabağda hərbi xidmətə göndərdiyi oğlu və onun atasını qucaqlaya bilərdi.