Müdafiə Nazirliyi erməni yalanını təkzib etdi

08 Avqust, 2018 20:39 | Siyasət | Baxış sayı: 328
Azərbaycan ordusunun "DANA" özügedən artilerriya qurğuları
Azərbaycan ordusunun "DANA" özügedən artilerriya qurğuları

"Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir..

Erməni tərəfinin Azərbaycan Ordusu döyüş mövqelərində partlayış baş verməsi ilə bağlı yaydığı məlumat düşmənin növbəti təxribatıdır. 

İstiPress-in məlumatına görə, bu barədə erməni KİV-lərində bu gün yayılmış məlumatlarla bağlı sorğuya cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.

Erməni KİV-ləri Ermənistan ordusuna istinadən bildirilər ki, guya Azərbaycan Ordusu döyüş mövqelərində partlayış baş verib və oraya təcili yardım maşını, 5 hərbi maşın gəlib. 

Azərbaycan Müdafiə Nazirliyindən isə bildiriblər: "Erməni tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil, yalandır və düşmənin növbəti təxribatıdır. Azərbaycan Ordusunun bölmələrinin döyüş mövqelərində heç bir partlayış hadisəsi baş verməyib. Yayılan məlumat avqustun 6-da Ermənistan silahlı qüvvələrinin mövqelərinin birində, blindajda partlayışın baş verməsi barədə tərəfimizdən verilən məlumata düşmənin uğursuz cavab cəhdidir. Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir".

Qeyd edək ki, avqustun 6-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin mövqelərinin birində, blindajda partlayış baş vermişdi. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilmişdi. Məlumatda həm də, ölən və yaralananlar barədə məlumatın gizlədildiyi qeyd olunmuşdu.